Milli Olimpiya Komitəsinin yubileyi qeyd ediləcək

İDMAN
20:50 01.11.2012
1137
Noyabr ayında Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Yubiley tədbirlərində təkcə idman ictimaiyyəti deyil, paytaxt əhalisi də yaxından iştirak edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 4-də saat 13.00-dan başlayaraq, Dənizkənarı Milli Parkda səhərdən axşamadək müxtəlif tədbirlər həyata keçiriləcək. İdman həvəskarları və şəhər sakinləri Azərbaycan Olimpiya Hərəkatının uğurlarını əks etdirən fotostendlərlə tanış olacaqlar. Bundan başqa idmansevərlər ayrı-ayrı idman növləri üzrə olimpiya çempionları və mükafatçılarımızla şəkil çəkdirmək və onlardan avtoqraf almaq imkanı qazanacaqlar.Peşəkar fotoqraf tərəfindən çəkilən fotoşəkillər www.idman.com.az saytında yerləşdiriləcək və hamı öz şəklini həmin saytdan pulsuz götürə biləcək.Bundan başqa, mərasim iştirakçıları boks, cüdo, taekvondo, qol güləşi, gimnastika, kapoeyra, zorxana və güləş idman növlərində peşəkar idmançıların nümunəvi çıxışlarını izləyəcək və arzu edənlər həmin idman növlərində öz qüvvə və bacarıqlarını məşqçilərin müşaiyəti ilə yoxlaya biləcəklər. Tədbirdə Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş yürüş də təşkil ediləcək. Yürüşün qaliblərinə qiymətli hədiyyələr təqdim ediləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

15:57 12.02.2025

Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ