Milli Onkologiya Mərkəzinin həkimi vəfat edib

Milli Onkologiya Mərkəzinin həkimi vəfat edib
SOSİAL
14:04 26.12.2025
175
Anestezioloq-reanimatoloq Elbrus Allahverdi oğlu Şükürov dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edək ki, E.Şükürov 1980-1986-cı illərdə Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsində təhsil alıb, 1986-1987-ci illərdə Təcili Tibbi Yardim xəstəxanasında Anesteziologiya-Reanimatologiya üzrə internatura keçib. 1987-1991-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Mərkəzi Xəstəxanasında anestezioloq vəzifəsində çalışan E.Şükürov 1991-ci ildən Milli Onkologiya Mərkəzinin Anesteziologiya şöbəsində anestezioloq vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR