Digər hadisə isə Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə baş verib. Kiçik çavuş Muradov Kənan Etiqad oğlu dövlət nişanı olmayan motosikletlə gedərkən Ağstafa- Sadıxlı yolunda idarəetməni itirərək, onu aşırıb. Hərbçi hadisə yerində həlak olub.
Hər iki hadisənin iyunun 16-da baş verdiyi bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya hər iki faktı təsdiqləyib. Onun sözlərinə görə, hər iki fakt üzrə araşdırma aparılır.