Milli ordunun 18 yaşlı əsgəri silahla özünü vurdu

MARAQLI
00:30 07.12.2011
1767

Hadisə Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində baş verib

Azərbaycan Ordusunun əsgəri tabeliyindəki silahla özünü vurub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində baş verib. Milli Ordunun əsgəri, 18 yaşlı Şahmar Əli oğlu Şirinov postda olarkən tabeliyindəki avtomat silahdan atəş açıb. Nəticədə güllə əsgərin özünə dəyib və onu yaralayıb. Yaralı əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, Ş.Şirinov 2011-ci ilin iyulunda Neftçala Rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib. Güllə Ş. Şirinovun ayağına dəyib, vəziyyəti kafidir.

OXŞAR XƏBƏRLƏR