Milli Qəhrəman Rafiq Nəsrəddinovun doğum günüdür

MARAQLI
11:46 18.03.2011
1795

 Qarabağ Azadlıq Təşkilatından verilən xəbərə görə, Rafiq Hüseyn oğlu Nəsrəddinov 1961-ci il martın 18-də Bakı şəhərində anadan olub. O, 1992-ci ildə zabit kimi Milli Orduda xidmətə başlamış, tank hərbi hissəsinin qərargah rəisi olmuş, Ağdərə rayonu istiqamətində bir sıra döyüşlərdə rəşadətlə vuruşub. 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Qızılqaya kəndi yaxınlığındakı döyüşdə son nəfəsinədək vuruşmuş, qəhrəmanlıqla həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu 39 saylı məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulmuş, yaşadığı binaya xatirə lövhəsi vurulub.

OXŞAR XƏBƏRLƏR