Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun nəşi dəfn edilir.
AZXEBER.COM xəbər verir ki, onun cənazəsi İkinci Fəxri Xiyabana gətirilib.
Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Xarici Kəşfiyyat İdarəsinin rəisi general-polkovnik Orxan Sultanov da iştirak edirlər.










































