Bu gün Milli Qəhrəman Rövşən Abdullayevin doğum günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Rövşən Əbdülhüseyn oğlu Abdullayev 1969-cu il yanvarın 16-da Lerik şəhərində anadan olub, sonralar ailəsi ilə birlikdə Astaraya, oradan da Lənkərana köçüb.O, Sank-Peterburq Ali Hərbi-Siyasi Məktəbini bitirib, gənc leytenant kimi 1991-ci ildə cəbhə bölgəsində xidmətə başlayıb, Zəngilan istiqamətində sücaətlə vuruşub, düşmənin Qafan rayonu ərazisindəki bir neçə strateji obyektinin məhv edilməsində xüsusi xidməti olub, 1992-ci il sentyabrın 13-də Şayıflı kəndi yaxınlığındakı döyüşdə axıra qədər vuruşub və qəhrəmanlıqla həlak olub.