Milli Qəhrəmanın ailəsinə mənzil verildi

SOSİAL
16:46 06.08.2020
468

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 15 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

 

AZXEBER.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mənzillərin təqdim edilməsi tədbirində bildirib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə,  2019-cu ildə həmin göstəricidən 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. 

H.Abdullayev bu ilki plan üzrə nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 554 mənzilin şəhid ailələrinə, müharibə əlillərinə verildiyini, qalan mənzil və fərdi evlərin də ilin sonunadək təqdim ediləcəyini deyib. O, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verildiyini diqqətə çatdırıb.

Müharibə əlillərinin avtomobillə təminatı işlərinin də davam etdiyini bildirən nazir müavini bu kateqoriyadan olan vətəndaşlara   2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini qeyd edib. 2020-ci ildə də müharibə əlillərinə 400 avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan artıq 150-nin verildiyini, ümumən indiyədək 6900  avtomobilin müharibə əlillərinə təqdim edildiyini bildirib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyevin ailəsidir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:01 28.09.2020

Ceyhun Bayramov: "Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb”

11:59 28.09.2020

MN: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var

11:55 28.09.2020

Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi

11:52 28.09.2020

Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

11:51 28.09.2020

ABŞ-ın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb

11:51 28.09.2020

Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir

11:49 28.09.2020

ABŞ səfirliyindən cəbhədəki vəziyyətlə bağlı - Bəyanat

11:45 28.09.2020

Moldova prezidenti Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı müraciət edib

11:45 28.09.2020

Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib

11:41 28.09.2020

Azərbaycanın XİN rəhbəri Türkiyəyə təşəkkür etdi

11:40 28.09.2020

Ceyhun Bayramov: "Bir sıra dövlətlər və beynəlxalq təşkilatlarla danışıqlar aparılıb"

11:33 28.09.2020

Türkiyənin Müdafiə Nazirliyi: Hər zaman can qardaşlarımızın yanındayıq

11:32 28.09.2020

Cəbhənin Goranboy istiqamətində son vəziyyət - VİDEOREPORTAJ

11:29 28.09.2020

Prezidentin köməkçisi: "Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir"

11:27 28.09.2020

Bakı-Sumqayıt qatarının hərəkəti məhdudlaşdırılır

11:23 28.09.2020

Prezidentin köməkçisi: "Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib"

X Mostbet