‘‘Milli Şura’ Azərbaycanın suverenliyinə təhdiddir’ - Partiya sədri

‘‘Milli Şura’ Azərbaycanın suverenliyinə təhdiddir’ - Partiya sədri
SİYASƏT
15:22 27.05.2013
1927

Bu gün Müsavat Partiyasının mərkəzi qərargahında Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və EL hərəkatının sədri Eldar Namazovun görüşü baş tutub. Görüş zamanı müzakirə olunacaq məsələlər barədə detallı məlumat hələ də mətbuata verilməyib.

Ekspertlərin fikrincə görüşdə müzakirə olunan ən əsas məsələ sabah elan ediləcək “Milli Şura” ətrafındakı söz-söhbətlərdir.

Məsələylə bağlı AZXEBER.COM-a danışan Vətəndaş və İnkişaf Partiyasının (VİP)sədri Əli Əliyev “Milli Şura”nın Rusiyanın Azərbaycana təzyiq etməsi üçün həyata keçirtdiyi yeni layihə olduğunu söyləyib:

“Mən “Milli Şuranı” Moskvanın layihəsi hesab edirəm. Bir sıra partiyalar çarəsizlikdən bu layihəyə baş qoşublar. Bir qisim insanlar isə məhz Moskvanın Azərbaycanda siyasi aləti olmaq istəyini ortaya qoyub.

Partiya sədri “Milli Şuranı” Azərbaycanın suverenliyinə qarşı təhdid olduğunu söyləyib:

“Bu Azərbaycanın Avrasiya İttifaqına sürüklənməsi, Azərbaycanda seçki ilində güzəştlərin qoparılması, Azərbaycanın qərar vermək səlahiyyətlərini əlindən alınması üçün həyata keçirilən layihədir. O görüşdə kimin iştirak etməsindən asılı olmayaraq biz mövqeyimizi 2 ay bundan öncə bəyan etmişik və öz mövqeyimizin üzərində də qalırıq. Biz bu layihəni Moskvanın layihəsi elan etmişik və bunu Azərbaycanın suverenliyinə təhdid, təhlükə kimi görürük. Milli Şura fəaliyyətə başladığı zamandan o bizim siyasi problemimizə çevriləcək”.

Qeyd edək ki, bundan öncə Müsavat başqanı İsveç və Türkiyədə səfərdə olub, Eldar Namazov isə Rusiya paytaxtında Rüstəm İbrahimbəyovla ciddi müzakirələr apararaq vətənə dönüb.

Görüşün bu səfərlərdən dərhal sonraya təsadüf etməsi də diqqət çəkir.

Fatimə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
23:16 09.05.2025
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
Tərtərdə məktəb binası yandı
23:03 09.05.2025
Tərtərdə məktəb binası yandı
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb
22:51 09.05.2025
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb