Milli Şura bu gün növbəti mitinq barədə qərar verəcək
SİYASƏT
13:49 19.08.2013
1270
“Növbəti mitinqin keçirilməsi Milli Şuranın səlahiyyətində olan məsələdir. Bu gün Milli Şuranın iclasıdır. Çox ciddi qərarlar qəbul olunacaq. Növbəti mitinqin keçirilib-keçirilməməsi məsələsinə də aydınlıq gətiriləcək”. Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatı Ali Məclisin sədri, Milli Şura üzvü Eldəniz Quliyev deyib.E. Quliyev Milli Şura üzvləri olan siyasi partiya rəhbərlərinin aksiyada ən azı 50 min adamın iştirak edəcəyi proqnozunun yanlış çıxmasına münasibət bildirib:“Mitinqə gələn insanların sayı-hesabı yox idi. Sadəcə, Sumqayıtdan, Lənkərandan gələn aksiyaçıların qarşı alınıb. Azneft meydanında mitinqə qatılmaq istəyən insanları içəri buraxılmayıb. Eyni zamanda, mitinq keçirildiyi “20 sahə”dəki stadion çox narahat bir yer idi. Polis mitinqin baş tutmaması üçün bütün variantlardan istifadə etdi. Bir tərəfdən də 40 dərəcə isti. Buna baxmayaraq, demokratik dəyişiklik istəyən insanların sayı kifayət qədər çoxudu. Hər halda, aksiyada ən azı 8 min iştirakçı vardı”.