Milli Şuranın regionlara səfəri çərçivəsində müxalifət fəallarının bu gün Masallıda seçicilərlə görüşü keçirilməli idi. Masallıdan AZXEBER.COM-a verilən xəbərə görə, Milli Şuranın seçicilərlə görüşləri sırasında ən uğursuz tədbiri olub. 40-45 nəfərin qatıldığı toplantı adam azlığı səbəbindən gec başlayıb və vaxtından əvvəl yekunlaşıb. Rüsvay olmuş tədbir təşkilatçıları az sonra sürprizlə qarşılaşıblar. Belə ki, bir qrup şəxs müxalifətçilərin gəlişinə etiraz ediblər. Səbəb Fuad Qəhrəmanlının may ayında Masallıda keçirdiyi görüşə pulla çağırılan, lakin sonda pullarını ala bilməyən fəhlələrin narazılığıdır. Onlar əllərində tutduğu “Fuad, yeznə, sən də bizə atdın?!” plakatı ilə Əli Kərimlinin müavininə etirazlarını bildirirlər.
Fuad Qəhrəmanlı isə vəziyyətin gərginləşdiyini görüb toplantı yerini yenə qaçaraq tərk edib. Deyilənə görə, AXCP sədrinin müavini bu dəfə maşınla deyil, hasardan aşaraq qaçıb.