Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum Yasamal rayonundakı "Məhsul" stadionunda növbəti mitinqə hazırlaşır.
AZXEBER.COM xəbər verir ki. mitinqə Bakı Şəhər İcra Hakimiyyəti də razılıq verib və 31 mart günü keçiriləcəyi planlaşdırılır.
Maraqlıdır ki, Milli Şura üzvləri bundan öncəki mitinqin məyusluğundan hələ də çıxa bilməyiblər, özlərinə gələ bilməyən müxaliflər 31 mart günü onları gözləyən biabırçılıqdan da məlumatlıdırlar.
Belə ki, əvvəlki mitinqdən öncə status yazan Gültəkin Hacıbəyli demişdi: "Bu gün mitinqə 20-30 min adam gəlməsə, biz bundan sonra heç kimdən heç nə tələb edə bilməyəcəyik. Bu son şansımızdır, mitinqə gəlin".
Ancaq xanım Hacıbəylinin bu çağırışı da nəticə vermədi və mitinqə cəmi 5-6 min insan gəldi. Məhz bu səbəbdən də müxaliflər 31 mart mitinqinə ümid bəsləmir, onlar sadəcə görüntü xatirinə toplaşmağı və özlərinin varlığını kimlərəsə sübut etməyi düşünürlər.
Hətta iş o yerə çatıb ki, müxaliflər sosial şəbəkədə mitinqlə bağlı "event" də yaratmayıblar. Çox güman ki, bu Milli Şuranın seçki öncəsi son mitinqi olacaq və bununla da növbəti məğlubiyyətləri ilə barışmış olacaqlar.
Azərbaycan xalqının onları ümid bəsləmədiyini isə hər kəsdən gözəl bu şəxslərin özləri bilir.