Azərbaycanda prezident seçkilərinə 1 ay qalsa da, Milli Şura hələvahid namizədini müəyyənləşdirməyib. Rüstəm İbrahimbəyovun vahid namizəd olub-olmayacağına sual altındadır. Buna səbəb isə R. İbrahimbəyovun geri çəkilməsidir. Bəs görəsən Milli Şuranın aqibəti necə olacaq? Milli Şura seçkilərə kiminlə gedəcək?
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli AZXEBER.COM-a verdiyi açıqlamada bildirdi ki, Milli Şuranın problemləri hədsiz dərəcədədir. Nəinki Rüstəm İbrahimbəyovun, ümumiyyətlə vahid namizədin olması inandırıcı görünmür: “Milli Şuranın problemləri qurtarmaq bilmir. Ona görə də onun vahid namizəd ilə çıxış edib-edə bilməyəcəyi sual altındadır. Çünki onların problemlərinin bitəcəyi gözlənilmir. Əgər Milli Şura seçkilərə Rüstəm İbrahimbəyovun vahid namizədliyi ilə gedə bilməzsə, müxalifət tərəfi özünə namizəd təyin etməlidir. Ən ideal variantlar İsa Qəmbər və Əli Kərimlidir. Artıq müxalifət tərəfi bilir ki, seçkilərə vahid namizəd ilə çıxış etmək mümkün deyil. Bunu İsa Qəmbərin Azadlıq radiosuna verdiyi müsahibədən aydın görmək olar. O, açıq şəkildə deməsə də, cəmiyyətə bildirir ki, əgər R. İbrahimbəyov ayın 15-dək ölkəyə qayıtmasa, deməli, dəyişiləcək çox şey olacaq”.
Qeyd edək ki, R.İbrahimbəyova qoyulan vaxta 8 gün qalıb.
Fatimə İbrahimova