AZXEBER.COM-un məlumatına görə, təsisçilər müsahibələrində Milli Şuranın 28 may günü yaranacağını desələr də bu gün fikirlərindən daşınıblar. Milli Şuranın əsas təşəbbüskarlarından olan Rüstəm İbrahimbəyov hələ də ölkə xaricindədir və görünən odur ki, Azərbaycana qayıtmaq fikri yoxdur. Müsavat başqanı İsa Qəmbər çıxışında bildirib ki, Milli Şura ilə bağlı işləri artıq yekunlaşıb lakin hələ elan olunmayacaq: “Biz bu gün də elan edə bilərdik, amma tələsmək lazım deyil. Ən yaxın günlərdə məsləhətləşmələri yekunlaşdırıb elan edəcəyik”.