‘Milli Şurada Eldar Namazovun və digərlərinin nüfuzu heçə enib’

SİYASƏT
15:52 05.09.2013
1110

"Milli Şurada Eldar Namazovun və digərlərinin nüfuzu heçə enib və Milli Şura yenə də iki partiyanın, AXCP ilə Müsavatın birliyinə çevrilib"

Bu barədəTrend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədriAraz ƏlizadəMilli Şura ilə "EL" hərəkatı arasında yaranan narazılığı şərh edərkən deyib. A.Əlizadə hesab edir ki, bu səbəbdən də Milli Şura ilə "EL"hərəkatı arasında narazılıq yaranıb. ASDP sədri vurğulayıb ki, Milli Şura bir-birilərini gözü götürməyən, bir-birilərinə nifrət edən insanların yığıncağıdır: "Onların bir yerə yığışmalarının bir məqsədi var idi və həmin məqsəd ondan ibarət idi ki, himayədarları birləşməyi tapşırmışdı".

OXŞAR XƏBƏRLƏR