Milli Şurada fikirlər haçalanır - VİDEO

Milli Şurada fikirlər haçalanır - VİDEO
SİYASƏT
01:04 10.07.2013
1651

Musavat prezidentliyə öz namizədini irəli sürüb.

Bir qrup müxalifətin yaratdığı Milli Şura vahid namizəd kimi kinodramaturq Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürsə də, hadisələrin sonrakı inkişafı göstərir ki, başqa namizədlər də olacaq. Artıq Musavat Partiyası İsa Qəmbərin seçkilərdə namizədliyini dəstəklədiyini bəyan edib.Milli Şuranın keçirdiyi növbəti sessiyanın ilk 5 dəqiqəsi mətbuata açıq oldu. Sessiyada Şura özlərinə yeni seçki qərargahının yaradılması haqda qərar qəbul etdi. Qərargahın rəhbəri postuna isə Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov təyin olundu. Sessiyada həm də Şura sədri Rüstəm İbrahimbəyovun Şura üzvlərinə ünvanladığı müraciət müzakirə olundu. Müraciətdə sədr onun namizədliyi qeydə alınmadığı halda belə demokratik düşərgəyə seçkidə ikinci namizədlə iştirak etməməyi təklif edib.Bu müraciətə baxmayaraq Musavat Partiyası prezident seçkisinə irəli sürdyü İsa Qəmbərin namizədliyini geri götürmək niyyətində olmadığını açıqlayıb.Musavat Partiyasının sədr müavini Arif Hacılı: “Musavat Partiyası yanvar ayının 4-də İsa Qəmbərin namizədliyinin irəli sürülməsi haqda qərar qəbul edib və bu qərar bu günə qədər qüvvədədir. Bu qərarı yalnız Musavat Partiyasının muvafiq strukturları dəyişə bilər. Bu bir seçki taktikasıdır. Biz fikirləşirik ki, bu cür seçki taktikası prezidentliyə vahid namizəd Rustəm İbrahimbəyovun namizədliyini qeydə alınmasına yardımçı bir taktikadır”.Öz namizədini irəli sürməklə yanaşı, partiya həm də daxil olduğu Milli Şuranın Rüstəm İbrahimbəyovun prezident seçkisinə yeganə namizədliyini də dəstəklədiyini deyir. Şura tərkibində fikir ayrılığına gətirib çıxaracaq bu məsələni isə Musavat Partiyasının başqanı İsa Qəmbər şəhr etməkdən yayındı.Eldar Namazov digər müxalif partiyaların öz namizədini irəli sürməsinin hakimiyyətin Milli Şuranın vahid namizədini qeydə alınmasında daha sərt mövqe nümayiş etdirməsinə səbəb olacağını deyir. Belə ki, Şuranın məhz partiyalar arasında namizədlərlə bağlı ortaq məxrəcə gəlinməməsi, onların ətrafında demokratik düşərgənin birləşməyin mümkün olmaması səbəbindən yarandığını deyir. Hansı ki, bu birliyi məhz Milli Şura təmin edib: “Əgər biz Milli Şurada birləşib onlarla bir şey edə bilmiriksə, ayrı-ayrı partiyalar bir yerdə nə qazanacaqlar? Ona görə də mən bu fəlsəfəni əvvəldən hər şeyi hakimiyyət vermək kimi qəbul edirəm. Bizim vahid namizədimiz də, alternativ namizədimiz də Rüstəm ibrahimbəyovdur”.Xatırladaq ki, bir müddət əvvəl Milli Şura prezidentliyə vahid namizədini irəli sürəndə də bu ciddi müzakirə mövzusu olmuşdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"