“El” Hərəkatının sədr müavini Zəfər Quliyev Milli Şuradan çıxıb.
Bu barədə APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev məlumat verib.
Z. Quliyev Milli Şuradan çıxması barədə bəyanat da yayıb.
O, bəyanatında Milli Şuranın məqsədindən, missiyasından, formatından sapdığını, konstruktiv ovqatını itirdiyini qeyd edib, orada qalmağı artıq mümkünsüz hesab etdiyini vurğulayıb.
Z. Quliyev qərarının anlayışa qarşılacanağına ümid etdiyini deyib, Milli Şuraya uğurlar arzulayıb.