"Milli Şuranı indi heç kim xilas edə bilməz"

SİYASƏT
15:35 15.01.2014
1096
“Milli Şura biri-birini qəbul etməyən 7 partiya liderinin birliyi idi”. 
AZXEBER.COM-un məlumatına görə, bu sözləri hüquq müdafiəçisi Vidadi İsgəndərli hazırda adıçəkilən qurumda davam edən böhranlı vəziyyətə münasibətini bildirərkən deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Milli Şura daxilində müəyyən əlaqələr olsa da qurum xalqla əlaqə qura bilmədi: “Bu şuranın müxalifətlə əlaqəsi olub, xalqla heç bir əlaqəsi olmadı. Şura üzvü Vidadi Mirkamal təklif etmişdi ki, İctimai Palatanın və onun yerli şöbələri avtomatik Milli Şuraya üzv olsunlar. Amma Eldar Namazov, Lalə Şövkət, Rəsul Quliyev və başqaları buna razı olmadı. Səbəb isə qurumda Müsavat-Cəbhə birliyinin çoxluq təşkil etməsi idi".
“Elə ki Rüstəm məsələsi bitdi, Milli Şuranın faktiki süqutu başladı” - deyə bildirən Vidadi İsgəndərli onu da qeyd edib ki, siyasətə nə qədər ki, iş yeri kimi baxılır, elə belə də olacaq: “Milli Şura sement vurulmamış, fundamenti olmayan, eyforiyadan doğulmuş bir təşkilat idi. Mən nə Əli Kərimliyə, nə də İsa Qəmbərə qibtə edirəm. Bir əldə iki qarpız tutan hər kəsin son aqibəti belə olmalıdır. Mən bir dəfə demişdim, yenə deyirəm, təmiz siyasət "bakirə bir qıza" bənzəyir. Bir dəfə fundamental səhv etdinsə, ömrü boyu ailənin qarşısında başıaşağı olacaqsan. Milli Şuranı indi heç kim xilas edə bilməz".

OXŞAR XƏBƏRLƏR