''Milli Şuranın 'dindar oyunu' – riyakar şoudur' - Seyid Camal Əzimbəyli

SİYASƏT
12:25 20.08.2013
1737

Avqustun 18-də müxalifət qüvvələrinin “Milli Şura” adlanan birliyinin Bakıda keçirdiyi mitinqə dindarların da cəlb edilməsi cəhdləri barədə Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Cəmal Əzimbəyli islam.az saytına danışıb. AZXEBER.COM həmin müsahibəni təqdim edir: 

- Mən həm öz adıma, həm də həqiqi dindarlar və həqiqi mənəviyyat adamları adına qeyd edim ki, Azərbaycanda mövcud dini və milli tolerantlıq dünyanın heç bir ölkəsində olmayacaq qədər yüksək səviyyədədir. Hətta o qədər yüksək səviyyədədir ki, digər ölkələrin Bakıdakı emissarları da bundan “məharətlə istifadə etməyə çalışırlar”. Çox təəssüflər olsun ki, adını Milli Şura qoyan bir birlik əksinə, millətə, Azərbaycan milli məfkurəsinə, Azərbaycan milli heysiyyatına zidd addımlar atır, hətta özlərini din təəssübkeşləri göstərdikləri halda heç bir dini kimliyə aidiyyatı olmayan qüvvələrin, Azərbaycanın guya dindarlarının onları müdafiə etməsi haqda fikir söyləyirlər. Həmin mitinqlərə guya dindarların da kütləvi səviyyədə qoşulması gülünc və riyakarlarlıqdan ibarət, yalançı şou xarakterli təbliğatdır.

Azərbaycanda mənəvi, gözəl əxlaq sahibi olan, din və dövlət münasibətlərində hər zaman körpü rolunu oynayan onlarla, minlərlə insanlar var ki, Azərbaycan dövlətçiliyinin və xalqının hər zaman haqq sözünü söyləyiblər.

Birmənalı olaraq deyə bilərəm ki, bu gün özünü müxalifət adlandıran Milli Şuranı heç bir həqiqi din adamı və dini və milli şəxsiyyəti bəlli olan Azərbaycanın inanclı vətəndaşı müdafə etmir və müdafiə etməsi də gülünc və absurddur. Milli Şuranın “qaranlıq layihələrinə” hətta müxalif mövqeydə duran İslam Partiyası və başqa aktiv dini qrupların da qatılmaması buna sübutdur

- Dinadarları bu qurum ətarfında birləşməyə və ya bu qurumu dəstəkləməyə nə mane ola bilər?

- Hər bir dövlətin hökumət səviyyəsində problemləri ola bilər. Azərbaycanda da o cürdür. Milli Şuranın rəhbərləri Azərbaycan dövlətini və hökumətini hər xırda məsələyə görə ittiham edir, özü isə dindarların vasitəsilə nələrəsə nail olmaq istəyir. Bu son anda müxalifətin saman çöpündən yapışmasına bənzəyir.

Səbələri də budur ki, əvvəla Milli Şura özü xarici güvvələr tərəfindən formalaşan layihədir, dindar isanların dayandığı ideoloji təməl isə – müstəqil və xarici güvvələr boyun əyməyən Azərbycandır.

2 –cisi isə Azərbaycan dindarı – milli həmrəylik və birlik təməlində durur.

Amma təəssüf ki, bəzi mondialist qüvvələrində islamçıları siyasətləşdirmək cəhdləri sonda bu gün Suriya və Misirdə baş verən hadisəlrə gətirib çıxarır.

Qısa və konkret olaraq söyləyim ki, müxalifətdə sıx əlaqələrim olduğu üçün əminliklə deyə bilərəm: Milli Şuranın dünənki mitinqində heç bir həqiqi dindar, islamçı iştirak etməyib. Bir neçə nəfərin həbsxanada olanların adından istifadə edib ora qatılması da elə İslama görə yolverilməz addımdır.

OXŞAR XƏBƏRLƏR