Milli Şuranın gözlənilən sonu - Yurd TV

SİYASƏT
16:30 10.01.2014
1354

Siyasətçilər Milli Şuranın belə tezliklə dağılmasının səbəblərini göstərirlər.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: “Dağılmanın başlanğıcı Rüstəm İbrahimbəyovun Milli Şuraya faktiki rəhbərlik etməməsindən başlanmışdı. Müsavatın çıxması isə dağılmanın sonu deməkdir.Mənə elə gəlir ki, bununla da Milli Şuranın taleyi həll olunub. Yəni faktiki olaraq, onsuz da fəaliyyət göstərmirdi, indi isə formal olaraq da fəaliyyət göstərə bilməyəcək.Çünki Milli Şura üç qüvvə tərəfindən təsis olunmuşdu – Müsavat, AXCP və “El” hərəkatı tərəfindən. Təsisçilərdən biri yoxdursa, təşkilatlanma prinsipinə görə də təşkilat özünü buraxmış hesab olunmalıdır. Milli Şura o qədər mənasız quruma çevrilib ki, Müsavat belə asanlıqla oranı tərk etdi”.“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:“Dəfələrlə müxtəlif adlarda birliklər yaradılıb və hər birliyin sonu AXCP ilə Müsavatın qarşıdurması ilə, qarşılıqlı ittihamları ilə nəticələnib. Ötən dövrlərdə SİDSUH yaratmışdılar, daha sonra MKM, Demkonqres olub və bütün bunlar son nəticədə ya ikiyə parçalanıb, bu parçalanmada da yenə AXCP ilə Müsavat iştirak ediblər.Əslində bütün məsələlərin kökündə düzgün siyasət yürütməmək, xarici dövlətlərin nüfuz müvəkkilliyini yerinə yetirmək, Azərbaycanın milli maraqlarını satmaq və prinsipial olmamaq dayanır”.Milli Məclisin deputatı Aydın Mirzəzadə:“Əslində Milli Şuraya daxil olan partiyaların və ayrı-ayrı siyasətçilərin bir-birilərinə inamı əvvəldən də yox idi. Daxildə çox ciddi ziddiyyət vardı, mətbuat qarşısında, cəmiyyət qarşısında bunu ört-basdır etməyə çalışırdılar.Maraqlı bir şey alınır. Tək seçkiqabağı blok kimi deyil, eyni zamanda, hakimiyyətə alternativ bir siyasi mərkəz kimi yaradılan Milli Şura seçkidən azca sonra karton evlər kimi dağılmağa başladı”.Daha ətraflı Yurd TV-nin bu süjetində:

OXŞAR XƏBƏRLƏR