Milli Şuranın ictimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyevin imzası ilə Rusiya prezidenti Vladimir Putinə məktub göndərilib.
AZXEBER.COM-un məlumatına görə, sənəd avqustun 2-də imzalanaraq, V.Putinə göndərilib. Məlumata görə, sözügedən məktubda Milli Şura haqqında Rusiya prezidentinə məlumat verilir və ondan Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması üçün tələb olunan hüquqi prosedurların sürətləndirilməsi xahiş olunur.Lakin bir müddət əvvəl Milli Şura adından eyni xahişlə Rusiya prezidentinə müraciət olunacağına dair yayılan xəbərlər qurumun üzvləri tərəfindən təkzib edilmişdi.Haqqında danışılan məktub isə Milli Şuranın Rusiyanın layihəsi olduğu haqda deyilənlərin və R.İbrahimbəyovun prezident seçkilərində iştirak imkanlarının tükənməsinin əsaslılığını təsdiqləyir.