Milli Şuranın sessiyaları niyə qapalı keçirilir? - Yurd TV

SİYASƏT
12:15 20.08.2013
1258

Qurumun vahid namizəd müzakirələrini məxfi şəraitdə aparması ortaya xeyli suallar çıxarır.

AZXEBER.COM xəbər verir ki, Yurd TV-nin bu məsələyə həsr etdiyi materialda həmin mövzuya aydınlıq gətirilib.Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası da məxfi qrifi altında keçirildi. Özünü demokrat adlandıranlar yenə də bağlı qapı arxasına toplaşmışdı.Bəs görəsən hər zaman xalqın iradəsini ifadə etdiklərini bəyan edən, millətin gələcəyini düşünən “demokratik qüvvələr” toplantılarını niyə qapalı şəraitdə keçirir?Əgər həqiqətən, sessiyada vahid namizəd məsələsi müzakirə olunursa, burada qapalı nə var ki? Hakimiyyət partiyası öz namizədini açıq formada keçirilən qurultayda seçdi.Müxalifət kimdən, nədən və niyə gizlənir?Mövzunun davamını Yurd TV-nin bu süjetində izləyə bilərsiniz:

OXŞAR XƏBƏRLƏR