Mahirlə bağlı pis xəbər: Hər iki oyunu buraxacaq

Mahirlə bağlı pis xəbər: Hər iki oyunu buraxacaq
İDMAN
15:18 07.10.2019
4229
Oktyabrın 9-da Bəhreyn ilə yoldaşlıq, ayın 13-də isə Macarıstanla rəsmi oyuna çıxacaq milli komandamızın heyətində dəyişiklik baş verib.
 
AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, Premyer Liqanın VII turunda "Sabah"la oyunda zədələnmiş Mahir Emreli yığmamıza qarşıdakı görüşlərdə kömək edə bilməyəcək.

Onun əvəzinə milli komandaya "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələsgərov dəvət olunub.

Emreli "Sabah"la son matçda 37-ci dəqiqədə zədələnərək, yerini Abdullah Zubirə buraxmışdı.
OXŞAR XƏBƏRLƏR