Millimiz 2013-dəki ikinci oyununa çıxacaq

İDMAN
08:39 06.02.2013
1094

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün 2013-cü ildə növbəti yoxlama oyununu keçirəcək.

Fevralın 1-də Özbəkistanla oyunda bərabərə qalan (0:0) millimiz bu gün Lixtenşteyn komandası ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.

Xatırladaq ki, bugünədək millimiz Lixtenşteynlə müxtəlif vaxtlarda dörd dəfə rəsmi oyunda üz-üzə gəlib. Bu qarşılaşmalardan ikisində yığmamız, birində isə Lixtenşteyn qələbə qazanıb, bir oyun heç-heçə nəticələnib.18.00. Azərbaycan – Lixtenşteyn

OXŞAR XƏBƏRLƏR