Bu gün “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilin.
Azərbaycan milli komandası da növbəti matçına çıxıb.Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız doğma meydanda Malta ilə qarşılaşıb. Bu görüşdə millimiz rəqibini 2:0 hesab ilə məğlub edib. Bununla da milli komandamız "Avro-2016"nın seçmə mərhələsində ilk qələbəsini qazanıb.Bumatç millimizin baş məşqçisi R.Prosineçki üçün də əlamətdar olub. Onun millimizdə debütü uğurlu alınıb.Qeyd edək ki, Malta üzərində qələbə ilə millimiz turnir cədvəlində sonuncu pillədən qurtulub və dördüncü pilləyə yüksəlib.28 mart
“Avro-2016”nın seçmə mərhələsi
H qrupu21:00. Azərbaycan – Malta - 2:0Qollar:Cavid Hüseynov, 4 (1:0), Dmitri Nazarov, 90+2 (2:0)Hakimlər:Halis Özkahya, Cem Satman, Ekrem KanBakı. Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 17. Vüqar Nadirov, 20. Namiq Ələsgərov
Malta:1. Hoqq, 2. Karuana, 3. Bezzina, 4. Borq, 5. Aqius, 17, R.Kamilleri, 8. Briffa (k), 11. R.Muskat, 16. Fenekh, 13. Şembri, 19. Effionq
Komandalar | O | ||||||
1. | Xorvatiya | 5 | 4 | 1 | 0 | 15:2 | 13 |
2. | İtaliya | 4 | 3 | 1 | 0 | 6:2 | 10 |
3. | Norveç | 5 | 3 | 0 | 2 | 7:8 | 9 |
4. | Bolqarıstan | 4 | 1 | 1 | 2 | 4:5 | 4 |
5. | Azərbaycan | 5 | 1 | 0 | 4 | 4:11 | 3 |
6. | Malta | 5 | 0 | 1 | 4 | 1:9 | 1 |