Millimiz doğma meydanda italyanlarla bacarmadı... – 1:3

İDMAN
00:00 11.10.2015
1289

“Avro-2016”nın seçmə mərhələsində 9-cu turun oyunları davam edir.H qrupuda mübarizə aparan milli komandamız da bu gün növbətini matçına çıxacaq.Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda İtaliya millisini qəbul edəcək.Dörd qat dünya çempionu bugünkü matçın favoriti hesab olunur. Ancaq Prosineçkinin gəlişindən sonra ardıcıl dörd oyunda məğlub olmayan komandamız bu görüşdə də ən azı heç-heçə üçün mübarizə aparacaq.Bakıda Xorvatiya millisindən xal almağı bacaran yığmamız “Skuadra Adzurra”nı da əliboş yola salmağa çalışacaq. Onu da qeyd edək ki, bu oyun İtaliya millisi üçün çox əhəmiyyətlədir. Rəqib qələbə qazansa, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edəcək.Millimiz indiyədək İtaliya yığması ilə üç dəfə qarşılaşıb və hər birində uduzub.Bakı Olmpiya stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

H qrupu

21:00. Azərbaycan - İtaliyaBaş hakim:Uilyam Kollum (Şotlandiya)Bakı. Olimpiya stadionu

//Qol.az

OXŞAR XƏBƏRLƏR