Millimiz Estoniya üzərində qələbə qazandı

İDMAN
07:52 16.08.2012
1186

Dünən futbol üzrə Azərbaycan milli komandası "DÇ-2014"ün seçmə mərhələsi öncəsi son sınağına çıxıb.

AZXEBER.COM-un məlumatına görə, Berti Foqtsun komandası Bəhreynlə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Millimiz artıq bu rəqibini bir dəfə məğlub edib. 2008-ci ildə Manamada keçirilən yoldaşlıq görüşündə millimiz 2:1 hesablı qələbəyə sevinmişdi.

Bu dəfə hansı nəticənin qeydə alınacağı böyük maraqla gözlənilirdi. Yığmamız doğma azarkeşləri önündə oynadığından bu oyunun favoriti hesab olunurdu.

Fasiləyə 1:0 hesabı ilə üstün yollanan komandamız ikinci hissədə daha 2 qol vurmaqla görüşdən qələbə ilə ayrılıb - 3:0.

15 avqustBeynəlxalq yoldaşlıq görüşü18:00. Azərbaycan - Bəhreyn - 3:0 Qollar: Branimir Subaşiç, 35 (1:0), Cihan Özkara, 59 (2:0), Cavid Hüseynov, 79 (3:0)Hakimlər: George Vadaçkoria, Giorgi Kruaşvili, Levan Varamişvili (hamısı Gürcüstan)Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Matçın 34-cü dəqiqəsində millimizin kapitanı Rəşad Sadıqov penalti zərbəsindən yararlana bilməyib. Sadıqovun vurduğu topu rəqib qapıçısı zərərsizləşdirib.

Azərbaycan: Kamran Ağayev, Elnur Allahverdiyev (Vladimir Levin, 72), Branimir Subaşiç (Vaqif Cavadov, 82), Rauf Əliyev (Ufuq Budaq, 46), Rəşad Sadıqov (k), Ruslan Abışov (Aleksandr Çertaqanov, 76), Vüqar Nadirov (Rizvan Umarov, 73), Maksim Medvedyev, Rahid Əmirquliyev (Cihan Özkara, 46), Cavid Hüseynov, Əli Gökdəmir

Bəhreyn: Əhməd Abbas, İsa Salman, Yusif Abdulla, Duaij Məhəmməd, Abdülhəmid Saleh, Saad Davud, Əli Abdülvəhab, Abdülrəhman Mahmud, Xəlil Rəşid, Yusuf Fahad, İsmayıl Abdulla   

OXŞAR XƏBƏRLƏR