Millimiz Çexiyaya uduzdu

Millimiz Çexiyaya uduzdu
İDMAN
22:08 05.10.2017
1176
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IX tura start verilib.
 
AZXEBER.COM Apasport.az-a istinadən  məlumatına görə, C qrupunda mübarizə aparan Azərbaycan yığması öz meydanında Çexiya ilə üz-üzə gəlib.
 
Mundiala qatılmaq şansını itirən hər iki komandanın görüşü tərəflər üçün formal xarakter daşıyıb.
 
Matç qonaqların 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İlk qolu 35-ci dəqiqədə Kopiç vurub. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissəyə fəal başlayan komandamız 10 dəqiqə sonra tarazlığı bərpa edə bilib. Sürətli əks hücum zamanı Ruslan Qurbanova qarşı kobudluğu matçın hakimi penalti kimi dəyərləndirib.
 
Əfran İsmayılov dəqiq oynayıb. Ancaq komandamızın sevinci uzun çəkməyib. 11 dəqiqə sonra Barak başla yenidən çexləri önə keçirib.
 
Oyunda başqa qol olmayıb və millimiz 3-cü dəfə üz-üzə gəldiyi Çexiyaya ilk dəfə uduzub.
 

DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası,C qrupu
 IX tur 5 oktyabr
 
Azərbaycan - Çexiya - 1:2
Qollar: Əfran İsmayılov, 55 (pen.) - Kopiç, 34, Barak, 66
Baş hakim: Benua Millot
Baş hakimin köməkçiləri: Jülien Paselli, Bertran Juanno
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Hakim-inspektor:: Are Habix (Estoniya)
Komissar: Romano Klavedetçer (İsveçrə)
 Bakı Olimpiya Stadionu
OXŞAR XƏBƏRLƏR