FIFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi may ayının reytinq cədvəlində 116-cı pillədə qərarlaşıb.Bu isə ötən ayla müqayisədə komandamızın bir pillə gerilməsi anlamına gəlir. Azərbaycan yığmasının hesabında 264 reytinq xalı var.AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərimiz arasında ən yaxşı göstərici İtaliyaya məxsusdu - 13-cü pillə, 1085 xal. Xorvatiya 977 xalla 17-cidi. 67-ci pillədə qərarlaşan Bolqarıstan 505 xala malikdi. Norveç 491 xalla 70-ci yeri tutur. Yığmamız sadəcə 158 xalla 149-cu olan Maltanı qabaqlayır.Keçmiş SSRİ ölkələri arasında Rusiya liderdi (27; 828 xal). Daha sonra Ukrayna (33; 772), Öbəkistan (72; 476), Ermənistan (77; 449), Belarus (83; 397), Latviya (85; 387), Estoniya (93; 358), Litva (100; 333), Moldova (120; 145), Qazaxıstan (134; 210), Gürcüstan (139; 197), Tacikistan (143; 173) və Qırğızıstan (153; 148) gəlir.Yığmamızın iyun ayında yoxlama oyunu keçirəcəyi Serbiya 664 xalla 44-cü pillədə yer alır. Türkiyə yığması isə 603 xalla 52-cidir.İlk onluqda qərarlaşan komandalar isə bunlardı: Almaniya (1687), Argentina (1494), Belçika (1457), Kolumbiya (1412), Braziliya (1372), Hollandiya (1301), Portuqaliya (1221), Uruqvay (1176), İsveçrə (1135), İspaniya (1132).