02:05 çərşənbə Axşamı, 17 Sentyabr 2019
İDMAN

Millimiz məğlub oldu

20:17, 25.08.20195829
Millimiz məğlub oldu

Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

İlk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi ikinci görüşünə çıxıb.

Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan baş məşqçi Covanni Kapraranın yetirmələri Hollandiya voleybolçuları ilə mübarizə aparıblar. Matç rəqibin darmadağını ilə yekunlaşıb. 

İlk setdə asan qələbə qazanan hollandiyalılar ardınca ciddi müqavimətlə üzləşsələr də, komandamıza set verməyiblər və 3:0 hesabı ilə qalib gəliblər. 

Beləliklə, ikinci turdan sonra Hollandiya liderliyə yüksəlib. İlk oyunda Xorvatiyaya qalib gələn Azərbaycan isə 5-ci pillədədir. 

Qeyd edək ki, millimiz sabah Macarıstanla üz-üzə gələcək. 

XƏBƏR LENTİ