Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
AZXEBER.COM xəbər verir ki, komandamız səfərdə Slovakiya yığması ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Bu heç-heçədən sonra xallarını 13-ə çatdıran Azərbaycan yığması qrup liderliyini təmin edib. Slovakiya isə 8 xalla 2-ci pillədə qalıb.