21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
AZXEBER.COM xəbər verir ki, yığmamız AVRO-2021-in seçmə mərhələsində Slovakiyanı qəbul edib.
Qarşılaşma millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasına qələbə qazandıran qollara Barış Ekincier imza atıb. Bununla da yığmamız tsikildə ilk qələbəsini qazanıb.
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
6 sentyabr
Azərbaycan - Slovakiya 2:1