"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində dünən səfərdə Portuqaliyanın qonağı olan Azərbaycan milli komandası artıq vətənə qayıdıb.
Qol.Az-ın məlumatına görə, təxminən bir saat əvvəl komandamızı gətirən təyyarə Bakı hava limanında yerə enib.
Qeyd edək ki, millimizin baş məşqçisi Berti Foqts Bakıya qayıtmayıb. O, Portuqaliyadan vətəni Almaniyaya yola düşüb.