Millimiz AÇ-2020-nin seçmə mərhələsinin ilk turunun Xorvatiya ilə oyunu üçün Zaqrebə gedib.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, komanda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bu gün saat 16:30-da çarter reysi ilə səfərə çıxıb. Təyyarədə milli komanda ilə yanaşı, AFFA İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqov, İsgəndər Cavadov, eləcə də "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev yer alıb.
Qeyd edək ki, martın 21-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-da başlayacaq.