Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.AZXEBER.COM-un Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadla verdiyi məlumata görə, NK “Slaven Belupo” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.Milli futbolçumuz Pilağa Mehdiyevin dubl etdiyi oyunda, yığmamızın digər qolunu Kənan Səfərov vurub.