Millimizin baş məşqçisi Moldova ilə oyundan danışdı
İDMAN
10:27 15.02.2013
968
“Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. İnkişaf var. Komandanın hazırlığı pis deyil. Rəqibə gəlincə, Moldova yığması gənc və yaxşı komandadır. Aqressiv oynadılar".AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da SilvaVI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində bu gün keçirilən Azərbaycan - Moldova (6:1) oyunundan sonra deyib.