Millimizin bir oyunçusu ötürdü, digəri dubl etdi!
Ukraynanın "Minay" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Premyer Liqanın XXII turunun "Desna" ilə ev oyununda dubl edib.
AZXEBER.COM xəbər verir ki, 25 yaşlı hücumçu 3:1 hesabı ilə qalib gəldikləri matçın 23 və 39-cu dəqiqələrində fərqlənib. Ikinci qolda Nuriyevə ötürməni edən millimizin digər yeni 19 yaşlı oyunçusu Əhmədzadədir.
Bu, forvardın cari mövsüm Ukrayna çempionatında 10-cu qolu olub. Nuriyev bu göstərici ilə Vladislav Kulaç ("Vorskla") və Viktor Tsıqankovla ("Dinamo", Kiyev) birlikdə bombardirlik yarışında ilk 3 sıranı bölüşdürür.