21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2017-nin seçmə mərhələsində keçirəcəyi ilk iki ev oyunu canlı yayımlanacaq. AZXEBER.COM-un məlumatına görə, sentyabrın 4-də Avstriya, 8-də isə Almaniya yığması ilə baş tutacaq qarşılaşmalar “CBC Sport CBC” televiziyası vasitəsi ilə azarkeşlərə nümayiş olunacaq.
Topaz Premyer Liqasının qarşılaşmalarının yayım hüququna yiyələn telekanal ilk dəfə U-21-in qarşılaşmalarını yayımlayacaq.
Qeyd edək ki, hər iki oyun “Dalğa Arena”dakeçiriləcək. Qarşılaşmalar saat 20:00-da başlayacaq.