Millimizin oyununda qan töküldü

İDMAN
00:22 19.03.2015
1921

Azarkeşlər dəmir maneələrin üzərinə çıxaraq meydana axışmağa başlayıb.

Bir az əvvəl başa çatan futzal üzrə Avropa Çempionatının seçmə mərhələsində millimiz “Sərhədçi” idman kompleksində Belçikanı 3:1 hesabı ilə məğlub edib.

AZXEBER.COM xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, oyundan sonra komandamıza dəstək üçün arenaya gələn “Sector 11” və “Forza Neftçi" azarkeş qrupları meydana daxil olmaq istəyib.

Polislər buna icazə verməsə də, azarkeşlər dəmir maneələrin üzərinə çıxaraq meydana axışmağa başlayıb və dəmir maneələr bu ağırlığa tab gətirməyərək sınıb.

Bu qalmaqal zamanı kompleksdə çalışan bir işçinin halı pisləşdiyi üçün dərhal xəstəxanaya qaldırılıb.

OXŞAR XƏBƏRLƏR