Millimizin üzvü "Barselona"ya qarşı oynadı, komandası uduzdu

İDMAN
00:52 26.10.2015
1581
Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Eybar" İspaniya La Liqasının 9-cu turu çərçivəsində "Barselona"nın qonağı olub. Sport7.az xəbər verir ki, qarşılaşmada hesabı açan tərəf qonaqlar olsa da, kataloniyalılar sonradan 3 qol vuraraq qələbəni rəsmiləşdirə bilib.
İsrafilov da bu oyunda forma şansı qazanıb. 46-cı dəqiqədə meydana daxil olan futbolçu sona qədər oyunda qalıb.
Qeyd edək ki, 9 turdan sonra "Eybar" 13 xal toplayıb və 7-ci pillədə qərarlaşıb
OXŞAR XƏBƏRLƏR