Millinin oyunçuları De Byazidən narazıdır? - AFFA-dan açıqlama

Millinin oyunçuları De Byazidən narazıdır? - AFFA-dan açıqlama
İDMAN
17:05 03.09.2020
763
Bu gün ölkə mediasında Azərbaycan milli komandasının bəzi üzvlərinin baş məşqçi Canni De Byazidən şikayətçi olduqları ilə bağlı məlumat yayılıb.

AzxeberSport məsələni dəqiqləşdirmək üçün AFFA ilə əlaqə saxlayıb. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla saytımıza açıqlamasında məsələni belə şərh edib:

"Milli komandanın toplanışında iştirak edən hər hansı futbolçudan məşqlərlə və ya yığmanın düşərgəsində baş verən hər hansısa proseslə bağlı AFFA-ya şikayət daxil olmayıb".

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, futbolçular italiyalı mütəxəssisin keçdiyi məşqlərdən şikayətlənib. Gündə 2 hazırlıq prosesinə qoşulan oyunçular həddən artıq "yüklənməyə" məruz qaldıqlarını və buna dözməyin çətin olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR