Milyader Ağaoğlunun qızına edilən toy hədiyyəsi: 5 milyon manat... - FOTOLAR

Milyader Ağaoğlunun qızına edilən toy hədiyyəsi: 5 milyon manat... - FOTOLAR
MAQAZİN
11:06 27.12.2016
13252
 
Milyader Ali Ağaoğlunun qızının toyu müzakirə mövzusu olaraq qalır.
Bütün dünyaya səs salan toyla bağlı yeni xəbərlər yayılıb.

Məlumat üçün bildirək ki, 1.75 milyard sərvəti ilə Türkiyənin ən varlı 10-cu adamı olan Ağaoğlunun qızı Sena Ağaoğlu "MSN Yapı"nın sahibi Mustafa və Hülya Kırcalın oğlu Korayla evlənib. Ağaoğlu toyda kürəkəninə 8 milyon dollarlıq villa hədiyyə edib. 

Ağaoğlunun hədiyyəsi bir neçə gündü müzakirə mövzusu olsa da, kürəkənin atası Mustafa Kırcalın etdiyi hədiyyədən çoxlarının xəbəri yoxdu. Türkiyə mətbuatının məlumatına görə, qudası kimi inşaat sektorunda fəaliyyət göstərən "MSN Yapı"nın sahib gəlininə yaşı qədər - 23 kq qızıl hədiyyə edib. Dünən Türkiyədə qızılın qıramı 128 lirə (təminən 64 manat) olub. 23 kq qızıl 2 milyon 944 min lirə edir. Bu isə təxminən 1 milyon 475 min 827 min manat deməkdir.

Bu son deyil. Mustafa Kırcal gəlin paltarı üçün dizayner Zuhair Murada 300 min avro ödəyib. O, həmçinin oğlunun həyat yoldaşına hədiyyə etməsi üçün 450 min avroya üzük və 450 min avroya başqa bir ziynət əşyası alıb. Mustafa Kırcalın həyat yoldaşı Hülya Kırcal isəgəlininə 1 milyon avro dəyəri olan ziynət əşyası bağışlayıb. Bu 3 qızıl əşyasının dəyəri 3 milyon 496 manat edir. Beləliklə, Kırcal ailəsi gəlinə təxminən 4 milyon 971 min 827 manatlıq qızıl hədiyyə edib. 

///Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR