Milyarder avtoqəzada öldü

Milyarder avtoqəzada öldü
DÜNYA
18:58 21.05.2026
273
Rusiyanın Leninqrad vilayətinin Priozersk rayonunda milyarder Mixail Smirnov motosiklet qəzasında həlak olub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamı "T120” markalı motosikletinin idarəetməsini itirərək "Haval” markalı avtomobilə çırpılıb.

Məlumata görə, o, təcili tibbi yardım gələnə kimi dünyasını dəyişib.

Qeyd edək ki, "Baltik Yanacaq Şirkəti”nin əsas fiqurlarından hesab olunan peterburqlu sahibkarın 53 yaşı var idi.
OXŞAR XƏBƏRLƏR