Milyarder Londonun bu tarixi abidəsini məscidə çevirəcək

Milyarder Londonun bu tarixi abidəsini məscidə çevirəcək
DÜNYA
13:33 17.07.2023
567
Milyarder Asif Əziz 2005-ci ildə aldığı İngiltərənin paytaxtı Londonun görməli yerlərindən biri olan Trocaderonun məscidə çevrilməsi üçün razılıq aldığını açıqlayıb. 

AZXEBER.COM xarici mətbuata istinada xəbər verir ki, 56 yaşlı Malavi əsilli milyarder yüzlərlə insanı eyni anda qəbul edəcək məscidin yaxın zamanda  açılacağını deyib.

O 1000 nəfərlik məscid tikmək üçün müraciət etsə də, yerli əhalinin reaksiyasından sonra planını geri götürüb. Şəhər bələdiyyəsi 390 nəfərin yerləşə biləcəyi, üç mərtəbəli məscidə razılıq verib. 

Westminster Şurasının sözçüsü açıqlamasında bildirib ki, Trocaderonun bir hissəsinin dəyişdirilməsi üçün planlaşdırma ərizəsi şuranın planlaşdırma komitəsi tərəfindən təsdiqlənib.

Məscidin "Əziz Fondu” vasitəsilə tikiləcəyi və bölgədə çalışan müsəlmanlarla yanaşı, Londona turist kimi gələnlərə də xidmət göstərəcəyi açıqlanıb.

Şəbnəm
 

 

 


OXŞAR XƏBƏRLƏR