Milyarderlərin vətəni haradır?

MARAQLI
19:11 09.01.2011
2488
Honkonqda 40 milyarder var. Onların ümumi sərvəti 2009-cu ildəki 135 milyard dollarlıq səviyyədən 2010-cu ildə 163 milyard dollara çatıb. Honkonq milyarderlərinin siyahısına Cheung Kong (Holdingz) Ltd. və Hutchison Whampoa Ltd. şirkətlərinin 82 yaşlı rəhbəri Li Ka-şinq başçılıq edir. Onun sərvəti ötən il 26 milyard dollara çatıb. 

Milyarder özünün asketik həyat tərzi ilə tanınır. Li Ka-şinq ucuz ayaqqabı geyir və plastikdən hazırlanmış qol saatı taxır. O, səhər tezdən yuxudan durur, idmanla məşğul olur, gecələr isə tarix və fəlsəfə üzrə əsərləri oxuyur. Milyarder bildirib ki, bağban olmaq arzusundadır.

“Forbes” jurnalı yazır ki, Honkonqda tikinti və daşınmaz əmlakın satışı ilə məşğul olan sahibkarlar başqalarından daha sürətlə zənginləşir. Yeni ərzaq məhsulları satışı obyektləri açan və pərakəndə satış şəbəkəsini genişləndirən, habelə mobil rabitə şirkətlərinə sahib olan milyarderlərin də işi pis getmir.

Əhalisinin hər nəfərinə düşən və planetimizin şəhərləri ilə müqayisədə milyardlerinin sayına görə, Honkonq dünyada birinci yeri tutur. Bu rekordu yaxın vaxtlarda çox çətin ki, qırmaq mümkün olsun. Çünki Çinin iqtisadiyyatı dünyanın başqa dövlətləri ilə müqayisədə daha sürətlə inkişaf edir. //anspress

 

OXŞAR XƏBƏRLƏR