“Milyarderlərlə plan qurub, oyunu qazandılar” - Zahid Oruc

“Milyarderlərlə plan qurub, oyunu qazandılar” - Zahid Oruc
SİYASƏT
15:12 16.05.2017
9154
"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərarı iki ölkə arasındakı münasibətlərə çox ciddi mənfi təsir göstərəcək”.

Bu fikirləri BakiPost.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc deyib.
 
Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməməsi və qurumun fəaliyyətinə zərbə vurulmaması üçün dövlət səviyyəsində edilən müraciətlər nəzərə alınmadı: "Ötən müddət ərzində Azərbaycanın müxtəlif dövlət strukturları Milli Məclis, Xarici İşlər Nazirliyi, Diaspor Komitəmiz, o cümlədən Azərbaycanda fəaliyyət göstərən rus icması tərəfindən müraciətlər edilmişdi ki, məsələ ilə bağlı addımlar atarkən hüququn prinsiplərinə istinad olunsun. Əvəzində ermənilərin rus dövlətçiliyi üzərində qələbəsinə səbəb olan addım atıldı. Halbuki Konqresə zaman verilməliydi ki, nizamnamədə bəlli prinsiplər, müddəalar dəyişdirilsin. Xoş məram nümayiş etdirilməliydi. Qurumun fəaliyyətinə zərbə vuranlar hazırda Dumanın sədri olan Volodinin qrupudur və 5 ildən artıq vaxt ərzində onlar Kremldən yönləndirilməsi istənilən milyarderlər vasitəsilə siyasi layihələr hazırlamışdılar. Plan dəyişməyib.

Təəssüflər olsun ki, bizim etdiyimiz siyasi çağırışlar eşidilmədi. Əlbəttə xəyal qırıqlığı yarandı. O cümlədən, ötən müddət ərzində Rusiya və Azərbaycan arasında inkişaf edən münasibətlər zədələndi. Kremlin bəlli anti-Azərbaycan qüvvələri tərəfindən çıxarılmış qərar, məncə, daha artıq dərəcədə Rusiyanın özünün münasibətlərini təkcə Azərbaycanla deyil, Qafqazla, o cümlədən Türk dünyası ilə ciddi şəkildə sual altında qoyur. Doğrudur, iki dövlətin münasibətləri həm hüquqi, həm hərbi, həm iqtisadi, həm də xalqlarının müxtəlif xarakterli münasibətlərinə dayanır. Yalnız bir konqreslə məhdudlaşmır. Bununla bərabər bizim soydaşlarımızın təşkilati fəaliyyətinə belə qadağalar qoyulması onlarda sanki qorxan dairələrin timsalında etnik, milli kimlikləri irəliyə çıxartmaq anlamına gəlir. Yəni, ermənilər əslində Azərbaycan konqresi üzərində deyil, daha artıq dərəcədə Kreml çevrəsində qərarlaşan bəlli elita təmsilçiləri və əslində Putinin düşüncələrinə zidd hərəkət edib oyunu qazandılar.

Belə olan təqdirdə, onlar axı son 100 ildə Rusiya dövlətçiliyinin tarixində müsbət rol oynamayıblar. Niyə? Çünki ermənilərdən fərqli olaraq azərbaycanlılar Rusiyada dövlətçiliyin sabit xətlə inkişafında maraqlı olub. Məlum sanksiyalar dövründə özlərini bu prosesin əleyhinə qoymayıblar. Dağıdıcı siyasət yürütməyiblər, terror fəaliyyətində bulunmayıblar. Əksinə Rusiya iqtisadiyyatına milyardlarla dollar fayda verirlər. İndi bunların təşkilati model çərçivəsində hərəkət etməsindən kimsə narahatdırsa, necə ki, zamanında onları başqaları ilə əvəz etməyə qalxaraq 2012-ci ildə Milyaderlər İttifaqı yaradıb Kremldən idarə etməklə özlərinə sadiq əlaltılar və ya hakimiyyət formalaşdırırdılar, nəticə onların gözlədiyi kimi olmayacaq. Rusların müttəfiqləri dünyada elə də çox olmayan zamanda verilən belə qərar kimə xidmət edir?

Düşünürəm ki, azərbaycanlılar bu fəaliyyətdən daha da səfərbər olunaraq öz mövqelərini sona qədər qoruyacaqlar. Nəhayətdə ədalət təntənəsinə layiq olacaqlar”.
 
Deputat qeyd edib ki, Rusiyanın müvafiq qurumlarının qərarı sistemli şəkildə bir müddət idi ki, həyata keçirilirdi: "Bunun altında dayanan çox mühüm səbəblər var. Bunları açıq şəkildə söyləmək lazımdır. Bir sıra dairələr Putinə təklif edirlər ki, Qafqazlarda Qərbin maraqlarını tələb edən bir siyasət yürütsün. Xüsusilə enerji məsələlərində Azərbaycanın müstəqil mövqeyi bir sıra dairələri narahat edir. Onlar 1990-cı illərin ortalarında vaxtilə Yeltsinə təklif edirdilər ki, Xəzəri bombardman etsin. Azərbaycandan Avropaya gedəcək neft siyasətini tanımasın. Onlar 200 il ərzində özlərini bölgənin ağası kimi hiss etsinlər. Azərbaycanın İtaliya daxil bir sıra ölkələrə, həmçinin Türkiyə üzərindən mövqelərinə belə vasitə ilə təsir göstərmək istəyirlər. Alt qatda dayanan, söylənməyən səbəblərdən biri budur”.

Zahid Oruc qeyd edib ki, son qərar bu gün Azərbaycanda Kreml ilə münasibətlərin daha da yaxşılaşmasını istəməyən qüvvələrin bir qədər əl-qolunu bağlamış olacaq: "Əvəzində qərbpərəstlər və yaxud Avropanı bölgə ilə bağlı Rusiya əleyhinə olan siyasətinin tərəfdarları güclənəcək. İstəyirəm ki, bunun nəticəsi də görülsün. Bu səbəbdən bunu faciə kimi qarşılamağın qəti əleyhinəyəm. Çünki Azərbaycanın alternativləri mövcuddur. Əvvala, orada yaşayan insanların böyük bir hissəsi vətəndaşlıq alıb. Onlar Rusiyanı Azərbaycanla bərabər vətənləri hesab edirlər. Bu adamlara qarşı hansısa bir başqa fəaliyyət həyata keçirmək mümkün olmayacaq. Onlar artıq fəaliyyətlərinin dəqiq prinsiplərini formalaşdırıblar. Bu səbəbdən mən çox arzu edərdim ki, belə qərar bizim soydaşlarımızı Azərbaycan amallarında birləşdirsin, parçalanma doğurmasın. Hər hansı bir küskünlük və ya başqa xarakterli radikalizm yaşanmasın.

Növbəti addımlarımızda isə, Azərbaycan tərəfindən məsələ ilə bağlı Kremlin məlum siyasi texnoloqlarına dəqiq mesajlar çatdırılacaq ki, Ümumrusiya Azərbaycan Konqresinin məsələsi bizim üçün həll edicidir, önəmlidir. Yəni biz milyardlarla dollarlıq hərbi müqavilələr imzalayıb, həmçinin iqtisadi əməkdaşlıq həyata keçirib, bu gün yaxşı ticari əlaqələr qurub, Rusiya ilə bir sıra beynəlxalq məsələlərdə müttəfiqlik göstərək, əvəzində kimsə orda özünü azərbaycanlılardan qorusun, bizim vətəndaşlarımızı özlərinə təhlükə hesab etsin və hansısa başqa etnik, milli kimlikləri irəli daşısın?! Azərbaycanın dövlət orqanları təbii ki, bu məsələyə geniş istiqamətdə reaksiyalarını verəcəklər”. 
 
Deputat bildirib ki, bu məsələdən isterika qurmaq olmaz: "Qətiyyən bu məsələdə emosional ovqatda hərəkətlər törədib yenidən Rusiya əleyhinə çıxmaq düzgün deyil. Bütün məsələlərin diplomatik-siyasi çözüm yolları var. 20 yanvar, Xocalı və s. hadisələri təkrar zəncir kimi bir yerə yığıb Rusiya ilə münasibətlərdən qopmaq, ona qarşı Ukraynanın məlum hadisəsini müdafiə etmək kimi bir mövqeyə gəlinməsi şəxsən parlament üzvü kimi mənim tərəfimdən məqbul sayılmır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu