Milyonçunun yeni evi - FOTOLAR

DÜNYA
11:24 23.07.2014
1572
Türkiyənin məşhur iş adamı Əli Ağaoğlu yeni evini nümayiş etdirib. Milyonçunun evi Ataşehirdə yerləşir.Milyonları, həyat tərzi ilə yanaşı sevgililəri ilə də gündəmdə qalmağı bacaran Ağaoğlu qapısını jurnalistlərə açıb. İş adamının yeni mənzili 50-ci mərtəbədə yerləşir. O, özünə aid olan binada yaşayır. Binadakı 398 evdən 90-ı artıq satılıb, qalan mənzillərin kvadrat metri isə 8427 liradan satışa çıxarılıb.Müsahibə verən Ağaoğlu ofisinə çox yaxın olması səbəbi ilə bura köçdüyünü deyib:"50-ci mərtəbədə penthaus mənzili özüm üçün ayırmışdım. Bura çox xoşuma gəlir, qonaq qəbul etməyi və salonumda vaxt keçirməyi sevirəm. Böyük bir stolum var burada qonaqları və dostlarımı qəbul edirəm. Evimdə dincəldiyim məkanlarda mütləq şəkildə fındıq və digər çərəzlər olmalıdır. Şamların isə xüsusi yeri var".Evin ikinci mərtəbəsində qonaq, köməkçi otağı, gözəl mənzərəli terras var. Təccüblü olsa da Ağaoğlunun bu böyüklükdə evində cəmi 3 işçi var: "Terras ən çox vaxt keçirdiyim yerlərdən biridir. Burada dəniz və adaların mənzərəsi ilə günün yorğunluöunu atmaq olar. Evlərimdə və ofisimdə uşaqlarım Əli Ege, Mərtcan, Sena və Əlicanın şəkillərini görə bilərsiniz. Gördüyünüz bu şəkili isə heç tanımadığım bir şəxs mənə hədiyyə edib".Mİlyonçunun evindən olan fotoları təqdim edirik://ans
OXŞAR XƏBƏRLƏR