Milyonları kövrəldən kadrlar: o, sadəcə ANAdır... - FOTO

DÜNYA
14:10 24.03.2016
2255

Tailandda baş vermiş hadisə adi qəzalardan biri sayıla bilərdi. Bəli, faciələr çoxalanda onlar statistikaya çevrilir, ağrı və əzab adiləşir - əfsuslar olsun...

Lakin bu qəzadan sonra xəstəxana palatasında çəkilmiş foto milyonlarla insanı kövrəldib.

Ölkənin şimalındakı Phre vilayətində, ölkə paytaxtı Banqkokdan 551 km aralıda baş vermiş qəzada gənc ananın olduğu avtomobil aşmışdı.

Avtomobildə qadın 7 aylıq oğlu ilə birlikdə idi.

Qadın və oğlu Ronq Kuanq şəhərindəki hospitala aparılıblar.

Ananın qolları, ayaqları qırılmış, ağır kəllə-beyin travması almışdı.

Lakin o, palatada körpəsini yemləyib.

Ananın övladını əmizdirdiyi an çəkilmiş fotonu Bangkok Post "O, sadəcə ANAdır" adlandıraraq paylaşıb. Foto sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb. (milli.az)

OXŞAR XƏBƏRLƏR