"Mina partlayışında bir neçə hərbçinin xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır"

"Mina partlayışında bir neçə hərbçinin xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır"
SİYASƏT
20:48 26.07.2022
872
Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq", - məlumatda deyilir.

OXŞAR XƏBƏRLƏR