Mina partlayışları Ağdam və Ağdərədəki yanğının söndürülməsini çətinləşdirir - VİDEO

Mina partlayışları Ağdam və Ağdərədəki yanğının söndürülməsini çətinləşdirir - VİDEO
HADİSƏ
23:13 22.07.2025
822
Ağdam və Ağdərə rayonları ərazilərində davam edən yanğın mina partlayışları ilə müşayiət olunur.

Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılan yanğın hələ də davam edir.

Yanğının geniş yayıldığı ərazilərdə əsasən Qazançı kəndi istiqamətində mina partlayışları müşahidə edilir.

Ərazinin dağlıq və minalı olması yanğının söndürülməsi işini çətinləşdirir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən açıqlamada isə bildirilir ki, sözügedən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR